Dəhşətli qəzada ölənlər bacı-qardaş imiş...

21:37 - 21 Oktyabr 2025

Dəhşətli qəzada ölənlər bacı-qardaş imiş...

Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Aşağı Küngüt  kəndi ərazisində “KİA”, “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobillərin iştirakı ilə qeydə alınıb.

Qəza zamanı həlak olan şəxslər 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlu, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızı və Mehtiyeva Yeganə Kamal qızıdır.

Əldə etdiyimiz məlumata görə, onlar bacı-qardaş olublar.

Qəza zamanı “KİA” markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az