Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 1973-cü il təvəllüdlü M.Huseynov, 1990-cı il təvəllüdlü P.Əhmədov, 1991-ci il təvəllüdlü S.Cəfərov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır