İşlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı - Saxlanıldı

16:57 - 21 Fevral 2026

İşlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı - Saxlanıldı

Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.


DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini “sürərək qurutmaq” bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

    Faktla bağlı araşdırmalar aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az