Türkiyənin "Yeni Partiyası"nın (YENİ Parti) üzvü, Qaziantepdən seçilən deputat Melih Meriç bıçaqlı hücuma məruz qalaraq yaralanıb.
Manset.az bu barədə TRT Haber-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş tərəfindən törədilib.
Hücum nəticəsində xəsarət alan M. Meriç xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hazırda S. Keleşin axtarışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.