Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Manset.az xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb.
Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciəvi hadisə baş verib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.