Abşeronda kişi evin damında ölü halda tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Gənclik küçəsində qeydə alınıb.
Şahməmmədov Nuru Saydam oğlunun meyiti həmin küçədə yerləşən tikilinin dam hissəsində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bəlli deyil.
Araşdırma aparılır.