logo
logo logo
logo

Azərbaycanda AĞIR QƏZA - Ana öldü, əkizləri yaralandı 

20:36 - 20 Avqust 2026

Azərbaycanda AĞIR QƏZA - Ana öldü, əkizləri yaralandı 

Salyanda yol qəzası olub, ölən və yaralanan var.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hyundai Accent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az