Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü R. Zeynalov qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə bıçaqlanması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.