UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunda Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olacaq.
Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyun Azərbaycanın CBC sport Türkiyənin TRT 1, Rusiyanın Okko Sport kanalları ilə canlı yayımlanacaq.
Qeyd edək ki, oyun Lissabon şəhərində yerləşən 52 min azarkeş tutumuna malik Joze Alvalade stadionunda keçiriləcək.