logo
logo logo
logo

Azərbaycanlı güləşçiyə 3 illik cəza verildi

16:05 - 24 Noyabr 2026

Azərbaycanlı güləşçiyə 3 illik cəza verildi

Azərbaycanlı güləşçi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə yarışlardan kənarlaşdırılıb.


Manset.az xəbər verir ki, idmançının dopinq nümunəsində qadağan edilmiş "19-norandrosterone" maddəsi aşkarlanıb.

Mustafazadə antidopinq qaydalarının 2.1-ci (idmançının nümunəsində qadağan edilmiş maddənin və ya onun metabolitlərinin, markerlərinin mövcudluğu) və 2.2-ci (qadağan edilmiş maddədən və ya üsuldan istifadə, yaxud istifadə cəhdi) bəndlərini pozmaqda təqsirli bilinib.

Güləşçinin diskvalifikasiya müddəti 30 aprel 2026-cı ildən başlayıb və 29 aprel 2029-cu ildə başa çatacaq.

Azərbaycanlı güləşçiyə 3 illik cəza verildi - Foto


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az