“Qarabağ” Vadjinin Fransa klubuna keçidini AÇIQLADI

11:44 - 30 Avqust 2022

“Qarabağ” Vadjinin Fransa klubuna keçidini AÇIQLADI

“Qarabağ” klubu futbolçusu İbrahima Vadjinin Fransa “Sent-Etyen”inə keçidini açıqlayıb.

 

“Köhlən atlar”ın mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən Liqa-2 təmsilçisinə keçib.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. Vadji üç illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Sent-Etyen” Vadjinin keçidi üçün “köhlən atlar”a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az