"Neftçi" "Roma"ya minimal hesabla UDUZDU

22:18 - 31 Avqust 2022

\"Neftçi\" \"Roma\"ya minimal hesabla UDUZDU

“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ilk oyununu keçirib.

Manset.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçisi Rəşad Hüseynov olan “ağ-qaralar” “Roma” klubu ilə qarşılaşıb və minimal hesabla uduzub – 0:1.

Qeyd edək ki, “Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodicani” klubu ilə üz-üzə gələcək. İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbağça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az