İngiltərənin “Çelsi” klubunun hücumçusu Mişi Batşuayi Türkiyənin “Fənərbaxça” klubuna transfer olunub.
Manset.az xəbər verir ki,"Fənərbaxça" belçikalı hücumçu Mişi Batşuayi ilə 2+1 illik müqavilə imzalayıb.
"Peşəkar futbolçu Mişi Batşuayi-Atunqanın transferi klubu və özü ilə razılaşdırılıb. Ümumilikdə 3 milyon 500 min avro transfer haqqı "Çelsi" klubuna ödəniləcək".