Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi MÜƏYYƏNLƏŞDİ

18:42 - 03 Sentyabr 2022

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi MÜƏYYƏNLƏŞDİ

Minifutbol üzrə Azərbaycan çempionu "Birbaşa"nın Monteneqronun paytaxtı Podqoritsada keçirilən EMF Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib.

Manset.az report-a istinadən xəbər verir ki, bu, Bosniya və Herseqovinanın "Sipa" kollektivini penaltilər seriyasında məğlub edən meydan sahibi "Dadi Qradnya" (Monteneqro) komandası olub.

Qeyd edək ki, "Birbaşa" – "Dadi Qradnya" görüşü sentyabrın 3-də keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun "CBC Sport" telekanalı vasitəsilə canlı göstəriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az