“Qarabağ”ın rəqibi liderliyə YÜKSƏLDİ

19:56 - 03 Sentyabr 2022

“Qarabağ”ın rəqibi liderliyə YÜKSƏLDİ

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında 5-ci tur oyununa çıxıb.

Manset.az  xəbər verir ki, komanda Leverkuzendə “Bayer" ilə qarşılaşıb. Görüş "Frayburq"un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə nəticəsində "Frayburq" xallarının sayını 12-yə çatdırıb və topların nisbətinə görə turnir cədvəlində liderliyə yüksəlib. İkinci yeri tutan “Borussiya” Dortmundun da 12 xal var. 5 oyunda hərəyə 11 xal toplayan “Bavariya” və “Union” Berlin 3-4-cü yerləri bölüşdürürlər.

"Bayer" (Leverkuzen) - "Frayburq" - 2:3

Qollar: Demirbay, 16, Patrik Şik, 65 - Qinter, 48, Qreqoritsç, 51, Doan, 72


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az