"Qarabağ"ın rəqibi evdə inamlı qələbə QAZANDI

22:16 - 03 Sentyabr 2022

\"Qarabağ\"ın rəqibi evdə inamlı qələbə QAZANDI

UEFA Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.

Manset.az report-a istinadən xəbər verir ki, Pirey təmsilçisi III turda "Yonikos"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran komanda 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az