Polşa millisinin yeni baş məşqçisi məlum olub.
Manset.az xəbər verir ki, komanda Mixal Probejə tapşırılıb. Bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Mixal bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Fernando Santuşu əvəzləyib. O, buna qədər Polşanın U-21 millisini çalışdırırdı.