Azərbaycan millisi EEVZA-nın çempionatında iştirak edəcək

19:55 - 20 Sentyabr 2023

Azərbaycan millisi EEVZA-nın çempionatında iştirak edəcək

Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

 

Manset.az xəbər verir ki, 21-25 noyabrda baş tutacaq yarışda 6 ölkənin yığması mübarizə aparacaq.

Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə üz-üzə gələcək.

AÇ-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az