Rusiya - Kamerun oyunu FİFA reytinqində nəzərə alınacaq?

18:55 - 02 Oktyabr 2023

Rusiya - Kamerun oyunu FİFA reytinqində nəzərə alınacaq?

Rusiya millisinin Kamerunla yoldaşlıq oyunu FİFA reytinqində nəzərə alınacaq.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, oktyabrın 2-də Rusiya Futbol İttifaqı  oyunun oktyabrın 12-də Moskvada, VTB Arena stadionunda keçiriləcəyini təsdiqləyib.

“Rusiya - Kamerun matçı FİFA-nın reytinq cədvəlinə daxil ediləcək. Oyunda beş, eləcə də ciddi zədə olduqda daha bir əvəzetmə olacaq" - deyə məlumatda bildirilib.

FİFA və UEFA 2022-ci ilin fevralında Rusiya millisinin beynəlxalq turnirlərdə iştirakını dayandırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az