Arda Gülerin bu hərəkətindən sonra oyun dayandırıldı

17:17 - 14 Oktyabr 2023

Arda Gülerin bu hərəkətindən sonra oyun dayandırıldı

"Real Madrid"ə transfer olunan türk futbolçu Arda Gülərin ilk məşqi həm komanda yoldaşlarında, həm də baş məşqçi Ançelottidə böyük həyəcan yaradıb.
 

Manset.az azxəbər-ə istinadla bildirir ki, zədə səbəbindən məşqlərə qatılmayan futbolçu çıxdığı ilk məşqdə diqqətləri üzərinə çəkib.

Yüksək tempini saxlayan Arda  ​Karlo Ançelottiyə oynamağa hazır olduğu mesajını verib. 
Matçda komanda yoldaşından ötürmə aldıqdan sonra hücuma keçən Arda topu driblinq edərək, iki müdafiəçini mübarizədən kənarlaşdırıb və sol ayağı ilə gözəl qola imza atıb.
Bu zaman italiyalı baş məşqçi Karlo Ançelotti matçı dayandıraraq Ardanı vurduğu qola görə təbrik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az