Azerbaijan flag

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

18:49 - 11 Noyabr 2026

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Dəniz Limanında cari ilin yanvar-oktyabr aylarında konteyner aşırmaları üzrə rekord göstərici qeydə alınıb.


ADY-dən Manset.az-a bildirilib ki, hesabat dövründə limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artım deməkdir.

Bundan əlavə, yanvar-oktyabr aylarında limanda aşırılmış ümumi yük həcmi 3 faiz, quru yük həcmi isə 60 faiz artıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az