Türkiyənin məşhur müğənnisi Esra Akmana ağır itki üz verib.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin bacısı Özlem Akman vəfat edib.
Esra Akmanın bacısı Özlem Akman müvazinətini itirərək 10-cu mərtəbədən yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım gəlib. İlkin tibbi yardımdan sonra Özlem Akmanı xəstəxanaya aparıb. Akman bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Jalə
Manşet.az