Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.
Manset.az xəbər verir ki, bu gün daha 4 görüş keçirilib.
Bu tura qədər lider olan "Fənərbaxça" öz meydanında "Alanyaspor"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
Bu xal itkisindən sonra "Fənərbaxça" liderliyi əldən verib. Hazırda ilk pillədə olan "Qalatasaray"ın 66, "Fənərbaxça"nın isə 64 xalı var. "Beşiktaş" 39 xalla 3-cüdür.
11 fevral
Türkiyə Superliqası, 25-ci tur
"Sivasspor" - "Rizespor" - 1:0
Qol: R.Manaj, 30
"İstanbulspor" - "Qaziantep" - 1:3
Qollar: F.Losaj, 6 - D.Draqus, 15, 60 (pen.), D.Soresku, 90+5
"Konyaspor" - "Ankaragücü" - 1:0
Qol: L.Prip, 38
"Fənərbağça" - "Alanyaspor" - 2:2
Qollar: D.Tadiç, 49 (pen.), E.Dzeko, 59 - L.Auqusto, 12, 63