YAP Yasamal rayon təşkilatının yaranması ilə bağlı tədbir keçirildi - FOTOLAR

19:51 - 19 Fevral 2024

YAP Yasamal rayon təşkilatının yaranması ilə bağlı tədbir keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə YAP Yasamal rayon təşkilatı və “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə tədbir keçirilib.

 

Manset.az-ın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev və ərazi üzrə partiya fəalları iştirak edib.

Tədbirdə çıxış edən H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev əvvəlcə 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə əldə etməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, bu gün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan  Yeni Azərbaycan Partiyasının qarşısına qoyulan məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə yerinə yetirilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyev əldə etdiyi tarixi zəfərlərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. 

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qalib gəlməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu  Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan tarixi zəfərlər də öz növbəsində bu siyasətin zirvəsidir. Sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən və 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası bu gün Ulu Öndərin işıqlı ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu getdikcə möhkəmləndirir, Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir. YAP Yasamal rayon təşkilatı da yüksək səviyyədə bu prosesə öz tövhəsini verir.

Çıxışlardan sonra bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az