Cavid Qurbanov yenidən deputat olmaq istəyir - Bu dairədən…

14:27 - 10 İyul 2024

Cavid Qurbanov yenidən deputat olmaq istəyir - Bu dairədən…

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov yenidən deputat olmaq istəyir. 


Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, Cavid Qurbanov bu il sentyabrın 1-ə təyin olumuş növbədənkənar parlament seçkilərində namizəd olmağa hazırlaşır.

Onun 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd olacağı gözlənilir.

Xatırladaq ki, Cavid Qurbanov Milli Məclisin III, IV, V çağırış deputatı olub.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az