Nazir Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşdü

20:13 - 19 Noyabr 2021

Nazir Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.

Bu barədə Manşet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb. Ölkələr arasında ikirəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib.

Nazir, həmçinin bölgədə mövcud olan münaqişə sonrası reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az