Ermənistan ordusunun hərbçisi ölüb.
Manşet.az bildirir ki, Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ölən müqaviləli xidmət keçən 1992-ci il təvəllüdlü Gevorq Avetyandır.
Hadisənin Göyçə gölü istiqamətində baş verdiyi bildirilir.
Onun odlu silahdan ehtiyatsız davranış nəticəsində öldüyü açıqlanıb.
Maraqlıdır ki, hadisənin 15 noyabrda baş verdiyi, hospitala çatdırılan əsgərin bir gün sonra hospitalda keçindiyi qeyd olunub, yəni hadisə indiyədək gizli saxlanılıb.