Nazarbayev istefa verdi

15:47 - 23 Noyabr 2021

Nazarbayev istefa verdi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev hakim “Nur Otan” partiyasının sədrliyindən gedir.

 

Manşet.az xəbər verir ki, bu barədə məlumatı keçmiş Prezidentin mətbuat katibi Aydos Ukibay açıqlayıb.

Nursultan Nazarbayev sözügedən partiyanın sədrinin səlahiyyətlərinin ölkə Prezidenti Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, 30 ilə yaxın müddətdə Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının lideri postlarını qoruyub saxlamışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az