Azərbaycanın sülh gündəliyinə sadiqliyinin növbəti nümunəsi

21:16 - 14 Yanvar 2026

Azərbaycanın sülh gündəliyinə sadiqliyinin növbəti nümunəsi

"Azərbaycan tərəfindən məhkum olunmuş 4 nəfər şəxsin Ermənistana təhvil verilməsi ölkəmizin post-münaqişə dövründə sülh və normallaşma gündəliyinə sadiqliyinin və humanizm siyasətinin növbəti nümunəsidir". 


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, nə qədər çətin olsa da, Azərbaycan bu qərarla bir daha nümayiş etdirir ki, qalib tərəf olaraq emosional deyil, məsuliyyətli siyasətdən çıxış edir:

"Humanizm jestləri uzunmüddətli qarşıdurmalardan sonra etimad mühitinin formalaşması üçün vacib elementdir. 

Eyni zamanda, bu, addım qarşı tərəf üçün də ciddi məsuliyyət yaradır. Gözlənti ondan ibarətdir ki, Ermənistan hökuməti də bu cür addımları praktiki davranışlarla dəstəkləsin və Azərbaycanın məlum şərtlərinin icrasında ictimaiyyətdən əlavə dəstək alsın, sülh prosesini əngəlləməyə çalışan daxili və xarici dairələrin pozucu fəaliyyətini daha effektiv formada neytrallaşdırsın. İndiki geosiyasi durumda bu cür jestlər regionun gələcək taleyi baxımdan mühüm əhəmiyyət kəsb edir. 

Hamıya məlumdur ki, Azərbaycan regionun lider dövləti, eyni zamanda sülhün təşəbbüskarı və təminatçısı kimi milli maraqlarını tam qorumaqla bölgəmizin rifahı və əmin-amanlığı naminə qətiyyətli siyasi iradə ortaya qoyub. Bu məsuliyyətli və uzaqgörən siyasətin müsbət nəticələri artıq real proseslərdə və regional sabitliyin möhkəmlənməsində aydın şəkildə özünü göstərir.

Ona görə də bu cür həssas addımlar mövcud geosiyasi təlatümlər fonunda zəruri və vaxtında atılmış qərarlar kimi qəbul edilməli, ictimaiyyət tərəfindən anlayışla qarşılanmalıdır. Cəmiyyət bu siyasətin mahiyyətini düzgün dərk etməli və onun uzunmüddətli milli və regional maraqlara xidmət etdiyini obyektiv şəkildə qiymətləndirməlidir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az