Baş nazirdən Saakaşviliyə qarşı  ŞOK İDDİA

07:41 - 04 Oktyabr 2021

Baş nazirdən Saakaşviliyə qarşı  ŞOK İDDİA

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Saakaşvili və onun komandasının ölkədə müxalifətçiləri öldürmək planları olub.

 

Manset.az xəbər verir ki, İrakliy Qaribaşvili belə bir iddia ilə İmedi telekanalına müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, Saakaşvili və komandası müxalifətçiləri qətlə yetirməklə ölkədə ictimai sabitliyi pozub, bu məsələdə hakimiyyəti ittiham etmək istəyib.

O əlavə edib ki, Saakaşvili oktyabrın 3-dən tez Tbilisidə peyda olmaqla  genişmiqyaslı aksiyalar keçirmək, polisi təxribata cəlb etməklə öldürülən müxalifətçiləri hakimiyyətin ayağına yazmaq niyyəti güdüb. O deyib ki, bu barədə xüsusi xidmət orqanları məlumat verib.//olke.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az