Binəqədi rayonu Xocasən qəsəbəsinin sakinləri günlərdir sussuz qalıb.
Manset.az xəbər verir ki “Ölkə.Az”ın məlumatına görə, bununla bağlı qəsəbə sakinləri şikayətlərini bilirib. Vətəndaşların sözlərinə görə, artıq 3 gündən çoxdur ki, sözügedən ərazidə su verilişi dayanıb.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Ölkə.Az”a problemin mövcudluğunu təsdiqləyib. O bildirib ki, buna səbəb suyun təzyiqinin aşağı olmaslıdır: “Xocəsən qəsəbəsində suyun təzyiqi aşağıdır. Bu səbəbdən yuxarı ərazilərdə yerləşən evlərə su gedib çıxa bilmir”.
“Bununla bağlı artıq əməkdaşlarımız ərazidə çalışır və problemin həlli ilə bağlı müvafiq işlər görülür”, - deyə qurum sözcüsü əlavə edib.