Türkiyə səfiri Polad Həşimovun evinə getdi - Şəhid generalın anasının əlindən öpdü (FOTOLAR)

13:18 - 05 Oktyabr 2021

Türkiyə səfiri Polad Həşimovun evinə getdi - Şəhid generalın anasının əlindən öpdü (FOTOLAR)

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.

Manset.az  xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib.

“Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az