Son zamanlar çəkisi ilə gündəmə gələn aktyor Çağatay Ulusoy imicini yeniləyib.
Manset.az TGRT HABER-ə istinadən xəbər verir ki, ötən axşam Netflix-də gedəcək “Kübra” serialının qala gecəsi keçirilib. Qalada ən çox diqqət çəkən adlardan biri də Türkiyənin yaraşıqlı aktyoru Çağatay Ulusoy olub. O, tez-tez son vaxtlar aldığı çəki, saç və saqqalının bir-birinə qarışması və tanınmaz hala gəlməsi ilə bağlı şərhləri ilə gündəmə gəlib. Çağatay Ulusoy bu şərhlərə yeni imici ilə cavab verib. Ulusoy fit görünüşü ilə qalada iz buraxıb.
Çağatay Ulusoyun yeni imicini görən pərəstişkarları sosial şəbəkədə "Bu adam yıxılacaqmı?", "Türkiyənin ən yaraşıqlı aktyoru" kimi şərhlər yazılıb.
Jalə
Manşet.az