Azərbaycanda içki və siqaret istehsalı azalıb - RƏSMİ

11:49 - 27 Dekabr 2025

Azərbaycanda içki və siqaret istehsalı azalıb - RƏSMİ

Ötən illə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 13,2 faiz, içki istehsalında isə 1,6 faiz azalma qeydə alınıb.


Manset.az xəbər verir ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərində yer alıb.

Bildirilib ki, hesabat dövründə qida məhsullarının istehsalında 9,8 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,5 dəfə, şəkər, qənd istehsalı 24,4 faiz artmış, meyvə-tərəvəz konservləri 1,8 faiz, araq istehsalı isə 5,1 faiz azalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az