Azərbaycanda bu şəxslərə mənzillər veriləcək

17:53 - 30 Dekabr 2025

Azərbaycanda bu şəxslərə mənzillər veriləcək

Şirvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaq.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib.

Belə ki, Agentlik bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə müqavilə bağlayıb.

Məlumata əsasən, Şirvan şəhərində 18 ədəd ikiotaqlı, 66 ədəd üçotaqlı olmaqla, ümumilikdə 84 mənzilin satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri 5 milyon 688 min 790 manat olaraq müəyyən olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az