Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyəti artıb - Çavuşoğlu

20:06 - 29 Sentyabr 2022

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyəti artıb - Çavuşoğlu

Türkiyə enerji sahəsində xaricdən asılı olan ölkə olmasına baxmayaraq, bu sahədə ən önəmli ölkələrdən birinə çevirilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə uzun müddət ərzində enerji sahəsində mərkəzə çevrilmək üçün önəmli layihələr həyata keçirib:

“Bu layihələr sayəsində Qərbi Avropa, Balkan ölkələri bizə, Azərbaycana ümidlidir. Azərbaycanın əhəmiyyəti artdı”.

Nazir Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ərazisindən keçən Orta Koridorun aktuallığının artdığını, bu ölkələrin daha sıx əməkdaşlıq etməli olduqlarını da vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az