Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoyubmuş - VİDEO

23:56 - 23 Oktyabr 2025

Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoyubmuş - VİDEO

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 ay əvvəl itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.


Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb.

Nəticədə də hadisənin üstü açılıb. Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil.

Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub.

Qonşular isə bildirirlər ki, ailədə hansısa problem yaşandığının şahidi olmayıblar. Samir də ərazidə hörmətli şəxs kimi tanınıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Ətraflı videomaterialda:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az