logo
logo logo
logo

69 yaşlı qadın evində ölü tapıldı: Masallıda dəhşətli QƏTL

15:01 - 12 İyun 2026

69 yaşlı qadın evində ölü tapıldı: Masallıda dəhşətli QƏTL

Masallıda 69 yaşlı qadın amansızlıqla qətlə yetirilib


Manset.az xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində baş verib. Kənd sakini, 69 yaşlı Elmira Əmənovanın üzərində çoxsaylı xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. İlkin məlumata görə, qadın balta ilə qətlə yetirilib. Hadisənin tamah məqsədilə törədildiyi ehtimal olunsa da, evdən hər hansı əşyanın aparılmadığı bildirilir. Bu barədə mərhumun yaxın qohumu Həsrət Əmirov məlumat verib.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertiza rəyindən sonra ölümün dəqiq səbəbi müəyyənləşdiriləcək.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elmira Əmənovanın üç övladı var. Onlardan biri Bakıda, digər ikisi isə Rusiyada yaşayır. Məlumata görə, Rusiyada yaşayan övladlarından biri hadisədən bir neçə gün əvvəl Azərbaycana qayıdıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az