Arif Quliyevin həyat yoldaşının səhhəti ağırlaşdı

19:24 - 15 Fevral 2024

Arif Quliyevin həyat yoldaşının səhhəti ağırlaşdı

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşının səhhəti ağırlaşıb.

 

Manset.az  qaynarinfo-ya istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı Gülzar Quliyeva insult keçirib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı aktyorun həyat yoldaşı ilə əlaqə saxladıq. Gülzar Quliyeva məlumatı təsdiqlədi:

"Bir həftədir vəziyyətim pisdir. Yeriyə bilmirəm, yataqdayam. Bilmirəm necə olacam".

Qeyd edək ki, Arif Quliyev 70 yaşında koronavirusdan dünyasını dəyişib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az