Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922–1984) “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.
Manset.az xəbər verir ki, Sankt-Peterburqdakı Mariinski Teatrı Primorski səhnəsinin (Vladivostok) balet truppası ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekində çıxış edəcək. 23-25 avqust tarixlərində gerçəkləşəcək qastrol səfərində truppanın bədii rəhbəri, həmyerlimiz, Rusiyanın Əməkdar artisti Eldar Əliyevin yeni quruluşunda “Min bir gecə” baletinin tamaşası nümayiş olunacaq.
Çinli balet həvəskarları tamaşaları Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyəcəklər.
Mariinski Teatrı Primorski səhnəsinin yaradıcı heyəti yeni açılmış, müasir memarlığın şah əsərlərindən sayılan Pekin İncəsənət Mərkəzinin səhnəsində belə irimiqyaslı balet tamaşası təqdim edən ilk truppa olacaq.
Tamaşanı Azərbaycan Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edəcək. Tamaşada xor və Mariinski Teatrının Primorski səhnəsi opera truppasının solistləri Anastasiya Kikot və Samirə Qalimova, tarda solistlər – Azərbaycan Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış edəcəklər.
Əsas rolları Mariinski Teatrı Primorski səhnəsinin prima balerinaları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, premyeralarda Sergey Umanets və Viktor Mulıgin, solistlər Yuri Zinnurov, Saki Nişida, Lada Sartakova, Aleksandra Şalimova, Şizuru Kato ifa edəcəklər. Bundan əlavə, avqustun 25-də oynanılacaq tamaşada Şəhriyar rolunu Sankt-Peterburq Mariinski Teatrının aparıcı solisti Azərbaycan Əməkdar artisti Timur Əsgərov canlandıracaq.
Qeyd edək ki, “Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsi truppasının ən parlaq tamaşalarından biridir və geniş qastrol coğrafiyasına malikdir.
Xoreoqraf Eldar Əliyev qarşıdakı qastrol səfəri haqqında deyib: “Min bir gecə” baletinin Pekin ictimaiyyəti tərəfindən rənglərin zənginliyini və misilsiz mədəniyyətinin koloriti əks etdirən irimiqyaslı tamaşa kimi qəbul edilməsi bizim üçün çox vacibdir. Baletin xoreoqrafiyasını quranda mümkün qədər həm ədəbi materiala, həm də müəllifin musiqisinə uyğun olmasına çalışmışam. Ona görə də, ümid edirəm ki, bütün tamaşalar uğurlu olacaq”.
Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. “Mən istəyirəm ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin”, deyən bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib.
Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.
Baletin musiqisində süjetə uyğun olaraq Yaxın Şərqin əzəməti canlanır. Bəstəkar Azərbaycanın milli aləti tarı orkestrə daxil edib və zərb alətlərinin bütün arsenalının (bonqolar, tam-tam, ksilofon, vibrafon, nağara, zəng, timpani, sinc və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini dolğunluqla tamaşaçıya çatdırmağa nail olub.
“Min bir gecə” baleti Pekində ilk dəfə təqdim olunacaq - FOTOLAR
17:10 - 31 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
11 Aprel 2026 - 11:37
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
11 Aprel 2026 - 13:58
Azərbaycanın sabiq məşhur nazirinə ağır itki
11 Aprel 2026 - 15:05
Gəncə prospektində sürüşmə baş verdi
11 Aprel 2026 - 17:25
İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
11 Aprel 2026 - 14:35
Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
10 Aprel 2026 - 22:28
Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi
10 Aprel 2026 - 21:12
Masallıda gənc oğlan evin həyətində ölü tapıldı
11 Aprel 2026 - 11:58
Azərbaycanda tiktoker insan alverinə görə həbs olundu
11 Aprel 2026 - 17:47
Ceyhun Bayramova ağır itki - FOTO
10 Aprel 2026 - 19:43
30 ədəd qızılağac kəsildi - Şübhəli şəxs saxlanıldı
11 Aprel 2026 - 09:15
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı
10 Aprel 2026 - 23:57
İran və ABŞ nümayəndə heyətləri İslamabada çatdı
Xəbər xətti
- 11 Aprel 2026
- 19:05 Şəmkirdə qadın sirkədən zəhərlənib öldü
- 18:42 Tahir Salahovun qəbirüstü abidəsi ucadıldı
- 18:30 ABŞ - İran danışıqları birbaşa aparılır - YENİLƏNİB
- 18:19 Bakının 550 küçəsi yuyulddu
- 17:47 Ceyhun Bayramova ağır itki - FOTO
- 17:25 İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 17:17 Masazırda 2 qadın qətlə öldürüldü - Cinayət işi başlandı - Yenilənib
- 17:07 Kollektor daşmasının fəsadları aradan qaldırılır - VİDEO/FOTO
- 16:58 Rusiya və Ukrayna əsirləri dəyişdilər
- 16:39 Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video
- 16:15 İmişlidə kişi evi ilə birlikdə yandı
- 15:55 Neftçalada Milli Qəhrəmanın 45 illik yubileyi və anım günü qeyd olunub - FOTOLAR
- 15:40 Bakının məktəbliləri böyük səhnədə yarışdı – “ŞHK Junior Liqa” başa çatdı
- 15:16 Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri Qəbələdə - Fotolar
- 15:05 Gəncə prospektində sürüşmə baş verdi
- 14:35 Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
- 14:24 İran nümayəndə heyəti Pakistanın Baş naziri ilə görüşür
- 14:12 ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
- 13:59 15 yaşlı qızın meyiti tapıldı
- 13:58 Azərbaycanın sabiq məşhur nazirinə ağır itki
- 13:40 AFFA bu oyunları təxirə saldı
- 13:25 Bakıda evlərdən oğurluq edən şəxs saxlanıldı
- 13:08 Bəzi ərazilərə qar yağacaq - Sabahın havası
- 13:00 7 yaşlı qız kanalda boğuldu - Tərtərdə FACİƏ
- 12:27 Tərtərdə 2 nəfər dönərdən zəhərləndi
- 12:12 Cəlilabadda 17 kq narkotik aşkarlandı - FOTO/VİDEO
- 11:58 Azərbaycanda tiktoker insan alverinə görə həbs olundu
- 11:37 "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
- 11:25 Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir
- 11:17 Bu gün “Qarabağ”ın oyunu var
- 11:12 Narkotik təsiri ilə sükan arxasına keçən 3 nəfər saxlanıldı
- 11:00 Neftimizin yeni QİYMƏTİ
- 10:44 Naxçıvanda yaşayanların NƏZƏRİNƏ
- 10:21 İran 41 gündür internetsiz qalıb
- 10:09 Zubir "Qarabağ"dan gedir
- 09:37 "İranın nüvə silahı olmamalıdır"
- 09:15 Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı
- 08:59 Paytaxtın mərkəzi küçələrində sürət həddi endiriləcək - VİDEO
- 08:47 Xəzərdə ZƏLZƏLƏ oldu
- 08:30 Uşaqları dərsə necə həvəsləndirək? - Stresssiz motivasiya yolları
- 08:00 Depressiyadan qorunmağın ən asan yolu
- 01:30 Xoşbəxt cütlüklərin 3 "gizli" vərdişi
- 00:30 PSJ Enrike ilə müqaviləni uzadır
- 10 Aprel 2026
- 23:57 İran və ABŞ nümayəndə heyətləri İslamabada çatdı
- 23:44 Bakıda 2 avtomobil toqquşdu - FOTO
- 23:24 Martda kanalda batan şəxsin meyiti tapıldı - FOTO
- 23:12 "ABŞ və İran danışıqları sabah baş tutacaq" - Şahbaz Şərif
- 22:59 Bakıda evdən qadın meyiti tapıldı
- 22:43 Livan ilə İsrail arasında danışıqlar baş tuta bilər
- 22:28 Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi
- 22:14 "Sabah"ın U-18 komandası uduzdu