Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub.
Manset.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər. Əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində nümayiş etdirilən "Mədəniyyətimiz naxışların izi ilə" adlı sərgi ilə tanış olublar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümümün tamam olduğunu qeyd edib. Bildirib ki, 18 sentyabr həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. 1995-ci il sentyabrın 18-də Ümummilli lider Heydər Əliyev tərəfindən hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında fərman imzalayıb. Dahi bəstəkarın doğum günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu tədbirlərin ən əhəmiyyətlisi ilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalıdır. Adıçəkilən mötəbər musiqi bayramının bu il 16-cı dəfə gerçəkləşir.
Qeyd olunub ki, sentyabrın 18-dən 28-dək keçiriləcək festivalın proqramı üzrə Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəmkir, Lənkəran və Naxçıvanda maraqlı tədbirlər, konsertlər təşkil ediləcək. Eyni zamanda bütün ölkə üzrə bu münasibətlə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərslərini əhatə edir.
Budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Vyana, Türkiyə, Rusiya, Koreya, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) simpoziumu təşkil olunur. Simpozium çərçivəsində “Qədim mirasın əks-sədaları: türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” adlı müzakirə və panellər keçirilir.
Nazir müavini söyləyib ki, ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən onun xəritəsinə mədəniyyət paytaxtımız, Üzeyir bəyin doğma yurdu Şuşa şəhərinin də əlavə olunmasıdır: "Builki festivalda da Şuşa şəhərində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Şərqin ilk muğam operası – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” ölməz əsərinin tamaşası nümayiş olunacaq. Eyni zamanda Şuşadan daha bir görkəmli bəstəkarımız, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı da uzun müddət musiqisevərlərin zövqünü oxşayacaq, qəlblərində silinməz izlər qoyacaq. Üzeyir Hacıbəylinin sənəti tarixi-mədəni irsimizin ayrılmaz bir parçası kimi daim öz dəyərini qoruyub saxlayacaq".
Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra", "Firuzə" operasından "Firuzənin ariyası", xor və orkestr üçün "Bahar nəğməsi", bariton, xor və orkestr üçün "Kantata", "Milli marş", S.Ələsgərovun səs və orkestr üçün "Eşq olsun sənətkara" balladası, M.Mirzəyevin "Böyük ustada ithaf" poeması, İ.Hacıbəyovun piano və orkestr üçün "Cəngi" rapsodiyası, Ə.Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işləyəni Ayaz Qəmbərli), F.Əmirovun "Üzeyir Hacıbəyliyə ithaf", V.Allahverdiyevin "Aşıqsayağı" (Üzeyir bəyə ithaf) və S.Hacıbəyovun "Karvan" simfonik lövhəsi səsləndirilib.
Möhtəşəm gecədə ifa olunan hər bir əsər adını Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazdıran fədakar şəxsiyyətin əziz xatirəsinə ehtiramın ifadəsi kimi yaddaşlara köçüb. Bütün çıxışlar gurultulu alqışlarla qarşılanıb.
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi - FOTOLAR
10:26 - 19 Sentyabr 2024










Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Almaxanım ana oldu

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə mühafizəyə alındı - FOTOLAR

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi - FOTO

“Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışından FOTOLAR

Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edildi

Əməkdar artist medalla təltif edildi - FOTOLAR

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri görüşdü - FOTOLAR

Müalicəsi üçün maşınını satan Xalq artisti - "Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?"

İncəsənət müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşdı

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir? - VİDEO

Azərbaycanın Əməkdar artistindən PİS XƏBƏR

Alim Qasımovun tənqidlərə cavabı - VİDEO
Xəbər xətti
- 04 İyul 2025
- 19:37 "Sualların yoxlanmasında süni intellektdən istifadə edirik" - DİM sədri
- 19:18 Şəmkirdə bədbəxt HADİSƏ - 3 uşaq göldə batdı
- 19:07 Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- 18:55 İlham Əliyevlə Pezeşkianın görüşü keçirildi - YENİLƏNİB
- 18:51 İlham Əliyev Ərdoğanla görüşdü
- 18:42 Bu tarixdən istilər başlayır
- 18:36 Ali Məhkəmə Plenumunun iclası keçirildi
- 18:28 Hazırda 14 istiqamətdə tıxac var - SİYAHI
- 18:13 Gəncədə partlayış: Yaralının vəziyyəti açıqlandı - FOTO
- 17:59 "32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb"
- 17:50 Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı
- 17:40 Növbəti ECO sammiti bu ölkədə keçiriləcək
- 17:30 Almaxanım ana oldu
- 17:12 Bakıda bu yollar bağlanacaq
- 17:10 Qırğız Prezidentinin Xankəndi səfəri başa çatdı
- 17:05 Suriyanın gerbi də dəyişdirildi
- 16:59 Fatih Terimin yerinə gələcək ad açıqlandı
- 16:35 Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü
- 16:31 “İranın nüvə proqramının mülki məqsədi yoxdur” - Aİ
- 16:27 Xankəndidə ECO 17-ci Zirvə görüşü başa çatdı
- 16:16 Gəmi batdı - Ölən və itkin düşənlər var
- 16:11 İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə mühafizəyə alındı - FOTOLAR
- 15:59 Hindistanda daşqınlarda ölənlərin sayı 69-a çatdı
- 15:50 İlham Əliyev dedi və etdi - VİDEO
- 15:44 Liderlər çay süfrəsi arxasında - FOTO/VİDEO
- 15:23 Rusiya və Ukrayna arasında yeni məhbus mübadiləsi oldu
- 15:20 Mərkəzi Bank “Unibank”a icrası məcburi sərəncam verdi
- 15:08 İlham Əliyevin Zirvə görüşündə çıxışının TAM MƏTNİ
- 14:49 "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
- 14:48 Pakistanda 5 mərtəbəli bina çökdü - Ölənlər var
- 14:47 Hərbi prokuror Naxçıvanda görüş keçirdi - FOTO
- 14:39 Vəkillər Kollegiyası Yekaterinburq insidenti ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
- 14:28 İsraildən Qəzzaya hücum - 37 fələstinli həlak oldu
- 14:22 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi - FOTO
- 14:15 Şəxsiyyət vəsiqələrimiz dəyişir
- 14:08 Pezeşkian İlham Əliyevə təşəkkür etdi
- 13:55 "Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
- 13:46 “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışından FOTOLAR
- 13:43 "Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib"
- 13:41 Şuşa turizm paytaxtı seçildi
- 13:40 Xankəndidə Zirvə görüşü keçirilir - Prezident çıxış edir : CANLI - YENİLƏNİB
- 13:26 Pezeşkian da Xankəndidədir - VİDEO
- 13:19 Sabah hava necə olacaq? - PROQNOZ
- 13:14 Əfsanəvi qapıçı vəfat etdi - FOTO
- 13:10 34 illik müəllim işindən kənarlaşdırılıb - Bakıda daha bir direktor qalmaqalı
- 13:01 Prezident Şahbaz Şəriflə görüşdü - Fotolar
- 12:51 Napolidən Osimhen qərarı - 15 iyula qədər vaxt verildi
- 12:35 İlham Əliyev Xankəndidə naziri qəbul etdi - Fotolar
- 12:32 Romada ardıcıl partlayışlar - Çoxlu yaralılar var
- 12:16 Ərdoğan Azərbaycandadır - Yenilənib
- 11:57 Tanınmış iş adamı pəncərədən yıxılaraq öldü

