Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. Sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub.
Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Manset.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərginin ümumi konteksti mədəni irsimizin tanınmasını təmin edən, onun özünəməxsusluğunu vurğulayan sənət sahələrinin təqdimatı üzərində qurulub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilində milli muzey kolleksiyaları ilə yanaşı, fərdi kolleksiya da təmsil olunur.
Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgidə ekspozisiyasını interpretasiya istiqamətində qurub. Burada Xalq rəssamı, peşəkar qrafika sənətimizin banilərindən olan Əzim Əzimzadənin əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir olunan mühit muzey eksponatları vasitəsilə tamaşaçıya ötürülür. XX əsrin əvvəllərində istifadə olunan məişət əşyaları, ənənəvi geyim nümunələri və digər artefaktlar zamanın ab-havasını yaradır. Azərbaycan Milli Xalça Muzeyi 20-dən artıq xalça nümunəsi təqdim edir. Kolleksiyada Azərbaycanın xalça məktəblərinə dair nümunələr və müəllif xalçaları yer alıb. Sərginin ən maraqlı komponentlərindən biri milli dekorativ sənətimizin unikal nümunələrindən Azərbaycan kəlağayısı Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ruslan Hüseynov və Fuad Cəbrayılovun fərdi kolleksiyalarında təqdim olunur. Təqdim olunan 20 kəlağayının incə texniki icrası ilə yanaşı, onların mənəvi mahiyyəti, geyinmə üsulu da tamaşaçılara nümayiş etdirilir.
Diqqətə çatdırılıb ki, ənənəvi sənətin yaşadılması, ötürülməsini təmin edən subyektlər, ustadlar sərginin mühüm hissəsini təşkil edir. Bədii tekstil silsiləsini qurama sənəti nümayiş etdirir. Bu qədim sənəti yaşadan və peşəkar səviyyədə improvizə edən mərhum sənətkar Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir. Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar şəkili sənətkar Hüseyn Hacımustafazadə tərəfindən ustad dərsləri formatında təqdim olunur. Zərif və incə bəzək nümunələri zərgərlik guşəsində yer alıb. Burada ənənəvi texnikalar, şəbəkə, mina və s. sənətkar Füzuli Əlizadənin təqdimatında nümayiş etdirilir.
Vurğulanıb ki, sərgidə müasir Azərbaycan rəngkarlığı videoformatda tamaşaçılara göstərilir. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təqdim olunan filmdə XX əsr rəngkarlıq sənətimizin parlaq məqamları yer alıb.
Sərginin son seqmenti isə mədəni irsimizin müasir interpretasiyalarıdır. Burada gənc Azərbaycan modelyerləri Anara Zakirli və Leyla Babazadə tərəfindən yaradılan geyim modellərində ənənəvi ornamental motivlər yeni təqdimatda verilib.
Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.
Qeyd edək ki, “Anara Zakirli” 2018-ci ildə təsis edilmiş Azərbaycan brendidir. Brendin müəllifi istedadlı modelyer A.Zakirlidir. Brendin yaradılmasında əsas məqsəd Azərbaycanın milli xalça ornamentlərini müasir geyimlərlə sintez edərək moda dünyasına tanıtmaqdır.
Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur Əfşan xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurdunun al-əlvan rəngli milli ornamentlərini özündə əks etdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadə olunub.
“Fashion School Leila Babazadeh” 2018-ci ildə yaradılmış moda məktəbidir və təsisçisi istedadlı modelyer Leyla Babazadədir.
Sərgidə təqdim olunan “Qarabağ naxışları” adlı yeni geyim kolleksiyasında müxtəlif bölgələrimizə məxsus olan xalça motivlərindən istifadə edilib. Geyimlər Qarabağ, Şirvan, Bakı və Quba xalçalarından ilhamlanaraq ərsəyə gəlib.
Astanada “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olundu - FOTOLAR
14:20 - 26 Sentyabr 2024













Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycanlı müğənni özünə SAXTA toy edib?: "Rəsmi nikahımız yoxdur!" - VİDEO

Ramiz Quliyevin son vəziyyəti AÇIQLANDI

Mədəniyyət naziri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirildi - FOTOLAR

Azərbaycan tarixinə həsr olunmuş yeni film çəkilir - FOTOLAR

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Əminə Yusifqızı ilə vida mərasimi keçiriləcək

Nadir Qafarzadə nəvəsinin cinsiyyətini və adını açıqladı

Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı oldu - Fotolar

TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq
Xəbər xətti
- 13 Oktyabr 2025
- 16:50 Azərbaycanlı alim kimyada 20 illik elmi mübahisəyə son qoydu
- 16:41 Trampı qarşılayan Netanyahunun ilk sözləri bu oldu
- 16:31 "Azərbaycan regionda sülh, əməkdaşlıq və qarşılıqlı inkişafa yönəlmiş siyasət yürüdür"
- 16:25 Azərbaycanda vəzifəli şəxsin oğlu hoteldə öldü - Foto
- 16:15 Kamal Abdullanın İğdırda 75 illik yubileyi ilə bağlı konfrans keçirildi - FOTOLAR
- 16:10 QR ödənişlər bu sahələri də əhatə edəcək - Qiymət artımını dayandıracaq?
- 16:03 MDB və Türk Dövlətləri ilə güclü əməkdaşlıq - Azərbaycanın diplomatik uğuru
- 15:58 İrandan PUA vasitəsilə narkotik keçirmək istədilər
- 15:47 "Azərbaycan regional sülh gündəmində arzuolunan tərəfdaşdır” - Hikmət Hacıyev
- 15:45 Prezident Mahmud Abbasla da görüşdü - VİDEO
- 15:25 SON DƏQİQƏ! Rəşad Dağlı vaxtından əvvəl azadlığa çıxa bilər
- 15:17 Prezident Misirdə Paşinyanla söhbətləşdi - FOTO/VİDEO
- 15:08 Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi
- 14:50 "Bank of Baku"dan BİABIRÇILIQ - Müəllimə verdiyi kreditə əlavə pul hesablayıb
- 14:32 İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - VİDEO
- 14:28 Azərbaycanda bu şəxslərə 1600 manat verilir
- 14:11 Bu sürücülərə XƏBƏRDARLIQ edildi
- 13:47 Taksilərdə nəyə görə post-terminallar quraşdırılmır? – Qanun var, icra yoxdur
- 13:31 "Qəzzada münaqişə bitdi" – Tramp
- 13:20 Sumqayıtda yaşayanların NƏZƏRİNƏ
- 12:50 Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
- 12:44 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
- 12:28 Prezident onları təltif etdi SƏRƏNCAM
- 12:21 Kapital Bank 3-cü dəfə “Mükəmməl iş yeri” sertifikatına layiq görüldü
- 12:00 AZAL yeniləməyə davam edir - Yeni “Airbus A320neo” Bakıya gəldi
- 11:50 İOS 26-nın yeni versiyası gəldi - Bu yeniliklər var
- 11:40 Əli Əsədovdan yeni QƏRAR
- 11:31 Çörək zavodunda güclü partlayış - Çox sayda yaralı var
- 11:15 ETX və Özbəkistan arasında kibertəhlükəsizlik əməkdaşlığı - FOTOLAR
- 11:02 Bakıda üçtərəfli görüş keçirilir
- 10:40 Millimizin heyətində dəyişiklik
- 10:35 Girovların dəyişdirilməsi başlayır - Qəzzada tarixi gün
- 10:28 Təyyarə qəzası - Azı 2 nəfər öldü
- 10:20 Məşhur müğənnidən Hadisəyə şok sözlər
- 10:18 Neftimizin yeni QİYMƏTİ
- 10:06 DGK-nin əməkdaşı öldürüldü - 17 yaşlı yeniyetmə saxlanıldı
- 09:52 Azərbaycanda Çin avtomobilləri ucuzlaşdı - VİDEO
- 09:39 Bakının bu ərazilərində qaz olmayacaq
- 09:29 Əlisəmid Kür vəfat etdi
- 09:17 Misir Sammitində iştirak edəcək liderlər açıqlandı
- 09:06 Azərbaycan millisi Ukrayna yığmasına qarşı - DÇ-2026 seçmə mərhələsi
- 08:56 Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
- 08:30 Qadın futbolçudan rəqibə yumruq zərbəsi - Video
- 08:00 Günəşdən gələn plazma axını Yeri bürüdü
- 01:00 Türkiyə Qəzzaya humanitar yardım göndərdi
- 00:30 Gürcüstanda etirazlar yenidən başladı
- 00:00 Husilər İsrailə qarşı hücumları dayandırmaq üçün şərt irəli sürdü
- 12 Oktyabr 2025
- 23:39 Taksimin məşhur tramvayında yanğın baş verdi
- 23:20 Qazaxıstanda ilk dəfə mer seçkisi keçirildi
- 23:03 Azərbaycanda jurnalist vəfat etdi
- 22:47 Oğuzda ağır qəza - Ölən var

