Rusiya Mədəniyyət Nazirliyi və Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə Vokalçıların Mixail Qlinka adına XXVII Beynəlxalq Müsabiqəsi keçirilib.
Manset.az xəbər verir ki, Moskvanın məşhur “Zaryadye” konsert zalında 8-16 oktyabr tarixlərində keçirilən müsabiqə bu il görkəmli rus bəstəkarı Mixail İvanoviç Qlinkanın (1804-1857) 220 və adıçəkilən müsabiqənin münsiflər heyətinə uzun illər rəhbərlik etmiş tanınmış opera müğənnisi İrina Arxipovanın (1925-2010) 100 illik yubileylərinə həsr edilib.
Müsabiqənin açılış mərasimində dünya şöhrətli dirijor, Moskva Böyük Teatrının baş direktoru Valeri Gergiyev və Qlinka adına müsabiqənin keçmiş qaliblərinin iştirakı ilə qala konsert təşkil olunub.
Builki müsabiqədə iştirakla bağlı təşkilat komitəsinə 500-ə yaxın müraciət daxil olub. Onların arasından 12 ölkədən 63 iştirakçı müsabiqə proqramında yarışmaq hüququ qazanıb.
Müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti Əməkdar artist Əyyub Quliyev təmsil olunub.
Yarışmanın yekun turunda finalçıları Ə.Quliyevin rəhbərliyi ilə Moskva Dövlət Simfonik Orkestri (baş dirijor və bədii rəhbər İvan Rudin) müşayiət edib.
Münsiflər heyətinin qərarına əsasən, I yerə Yekaterina Lukaş (Stanislavski Opera Teatrı), Otabek Nazirov (Özbəkistan), II yerə Yekaterina Bequnoviç (Novosibirsk Opera), Konstantin Fedotov (Novaya Opera), III yerə Yekaterina Savinkova (Mariinski Teatrı) və İvan Borodulin layiq görülüblər.
Müsabiqənin bağlanış mərasimindən sonra laureatlar M.Qlinkanın ana yurdu Smolensk şəhərinə gedərək sənətkara ithaf konserti ilə çıxış ediblər.
Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan M.Qlinka adına müsabiqənin Azərbaycanla bağlı xüsusi tarixçəsi var. 1987-ci ildə müsabiqə görkəmli müğənni İrina Arxipovanın rəhbərliyi ilə Bakıda keçirilib. Həmin müsabiqədə Dmitri Xvorostovski və Olqa Borodina birinci yerə layiq görülüb.
Azərbaycanlı dirijor Beynəlxalq Müsabiqənin münsiflər heyətində - FOTO
17:33 - 21 Oktyabr 2024




Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycanlı müğənni özünə SAXTA toy edib?: "Rəsmi nikahımız yoxdur!" - VİDEO

Ramiz Quliyevin son vəziyyəti AÇIQLANDI

Mədəniyyət naziri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirildi - FOTOLAR

Azərbaycan tarixinə həsr olunmuş yeni film çəkilir - FOTOLAR

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Əminə Yusifqızı ilə vida mərasimi keçiriləcək

Nadir Qafarzadə nəvəsinin cinsiyyətini və adını açıqladı

Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı oldu - Fotolar

TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq
Xəbər xətti
- 13 Oktyabr 2025
- 10:40 Millimizin heyətində dəyişiklik
- 10:35 Girovların dəyişdirilməsi başlayır - Qəzzada tarixi gün
- 10:28 Təyyarə qəzası - Azı 2 nəfər öldü
- 10:20 Məşhur müğənnidən Hadisəyə şok sözlər
- 10:18 Neftimizin yeni QİYMƏTİ
- 10:06 DGK-nin əməkdaşı öldürüldü - 17 yaşlı yeniyetmə saxlanıldı
- 09:52 Azərbaycanda Çin avtomobilləri ucuzlaşdı - VİDEO
- 09:39 Bakının bu ərazilərində qaz olmayacaq
- 09:29 Əlisəmid Kür vəfat etdi
- 09:17 Misir Sammitində iştirak edəcək liderlər açıqlandı
- 09:06 Azərbaycan millisi Ukrayna yığmasına qarşı - DÇ-2026 seçmə mərhələsi
- 08:56 Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
- 08:30 Qadın futbolçudan rəqibə yumruq zərbəsi - Video
- 08:00 Günəşdən gələn plazma axını Yeri bürüdü
- 01:00 Türkiyə Qəzzaya humanitar yardım göndərdi
- 00:30 Gürcüstanda etirazlar yenidən başladı
- 00:00 Husilər İsrailə qarşı hücumları dayandırmaq üçün şərt irəli sürdü
- 12 Oktyabr 2025
- 23:39 Taksimin məşhur tramvayında yanğın baş verdi
- 23:20 Qazaxıstanda ilk dəfə mer seçkisi keçirildi
- 23:03 Azərbaycanda jurnalist vəfat etdi
- 22:47 Oğuzda ağır qəza - Ölən var
- 22:32 Bakı-Qazax yolunda böyük tıxac
- 22:11 Göyçayda güclü yanğın oldu
- 21:49 Bakı-Şamaxı yolunda qəza - ANBAAN GÖRÜNTÜLƏR
- 21:37 Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra Azərbaycana gəldi - FOTO
- 21:18 “Fənərbaxça”da iki futbolçu heyətdən kənarlaşdırıldı
- 20:55 ABŞ-də klubda atışma - Ölən və yaralananlar var
- 20:30 Çin avtomobilləri ucuzlaşdı - VİDEO
- 20:17 Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu
- 20:00 Paşinyan da Misirə gedir
- 19:40 Goranboyda iki yeniyetməni maşın vurdu
- 19:20 İran Misirdə Sülh Sammitində iştirakdan imtina etdi
- 19:05 Gəncədə qadın sürücü qəza törətdi
- 18:41 Ermənistanın müdafiə naziri ABŞ-a səfər etdi
- 18:33 "Müasir dövrün çağırışları məhkəmə sistemlərindən daim adaptasiya olunmağı tələb edir"
- 18:16 Naxçıvanda avtomobillər toqquşdu - Xəsarət alanlar var
- 18:06 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
- 17:47 Prezident Assambleya iştirakçılarına müraciət etdi
- 17:23 İlham Əliyev Misirə getdi - FOTOLAR
- 17:13 Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ
- 16:54 Berke Özer Türkiyə millisindən uzaqlaşdırıldı
- 16:23 Əfqanıstanla toqquşmada Pakistanın ölən hərbçilərinin SAYI
- 15:52 Haaland futbol tarixinə düşdü
- 15:30 Hacıqabulda iki yük maşını toqquşdu - Ölən var
- 15:15 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
- 15:00 HƏMAS silahlarını təhvil verməyəcək
- 14:45 Xəstə heyvanların əti Bakıya gətirilir?
- 14:25 Peskov Moskva-Bakı əlaqələrindən danışdı
- 14:05 “Sülh Sammiti”nə kimlər qatılacaq?
- 13:50 Azərbaycanlı müğənni özünə SAXTA toy edib?: "Rəsmi nikahımız yoxdur!" - VİDEO
- 13:30 Azərbaycanda 16 yaşlı qız ana oldu

