Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi özünü yaxşı ana hesab etmədiyini deyib.
Onun sözlərinə görə, övladı üçün istədiyi qədər nələrsə etməyə vaxt tapa bilmir:
"Yaxşı ana olduğumu düşünmürəm. Övladım üçün istədiyimi edə bilmirəm, vaxt çatdıra bilmirəm".
Şərifova həmçinin həyat yoldaşına olan münasibətindən danışıb:
"Həyat yoldaşıma çox sadiq insanam. Dünya dağılar, ölərəm - həyatımda olan insana xəyanət etmərəm. Amma kaprizlərim çoxdur və kinim var. Elə şeylər var ki, mənə olunmamalıdır. Edilibsə, keçmirəm".
Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.