İncəsənət məktəblərinə müəllim qəbulu - Müddət uzadıldı

12:37 - 02 Dekabr 2025

İncəsənət məktəblərinə müəllim qəbulu - Müddət uzadıldı

İncəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün vakant müəllim yerlərinə seçim prosesi üzrə müddət 5 dekabr 2025-ci il tarixinədək uzadılmışdır.


Manset.az xəbər verir ki, pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə ümumilikdə 30 müəssisə üzrə 36 vakant yer təqdim olunur. Namizədlər mövcud vakansiyalar arasından seçimlərini əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirirlər.

Test mərhələsində topladıqları bala əsasən namizədlərin seçim hüquqları aşağıdakı kimi müəyyən edilir:

• 49 bal və yuxarı nəticə göstərən namizədlər – bütün respublika üzrə vakant yerlər üzrə seçim edə bilərlər;

• 42 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı şəhəri istisna olmaqla respublikanın digər şəhər və rayonları üzrə vakant yerləri seçə bilərlər;

• 35 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər regionlar üzrə vakant yerlər üzrə seçim edə bilərlər.

Seçim prosesi “MyCulture” şəxsi kabineti vasitəsilə həyata keçirilir. Namizədlər sistemə daxil olaraq uyğun vakant yeri seçməli və seçimi təsdiqləməlidirlər

Qeyd edək ki, yerləşdirilmə yalnız namizədin seçdiyi vakant yerlər arasından sistem tərəfindən təsadüfi qaydada aparılır. Bu səbəbdən namizədlərdən seçim zamanı xüsusilə diqqətli olmaları xahiş olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az