Antalyanın Manavqat bölgəsində baş verən meşə yanğınları nəticəsində türkiyəli müğənni-model Tuğba Özayın da kənd evi yanıb.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, həyəcan keçirən müğənni səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. O bu barədə İnstaqram hesabında video paylaşaraq məlumat verib.
“Evimiz, fermamız, kəndimiz yandı. Səhhətim pisləşdi, məni xəstəxanaya yerləşdirdilər. İflic oldum”, - deyə, o bildirib.