Argentina lideri "Şeytanın yer üzündəki təmsilçisi" adlandırdığı Papanı qucaqladı - VİDEO

12:01 - 12 Fevral 2024

Argentina lideri \"Şeytanın yer üzündəki təmsilçisi\" adlandırdığı Papanı qucaqladı - VİDEO

İsrailə səfəri zamanı “Yəhudi ola bilərəm” çıxışı ilə diqqətə çəkən Argentinanın yeni prezidenti Xavyer Miley daha sonra Vatikana gedib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, burada Miley “Şeytanın yer üzündəki nümayəndəsi” adlandırdığı Papa Fransiskin qarşısında diz çökərək onu qucaqlayıb.

Miley bundan əvvəl Papa Fransiskin sosial ədalət siyasətini tənqid etmiş və onu kommunizmdə ittiham etmişdi.

Miley açıqlamalarında "sosial ədaləti müdafiə edən axmaq" və "şeytanın yer üzündəki nümayəndəsi" kimi ifadələr işlədib.

Papa bu sözlərə "Seçki kampaniyasında bəzi şeylər deyilir... amma bunlar müvəqqəti şeylərdir, diqqəti cəlb etmək üçün istifadə edilən, lakin sonra öz-özünə yox olan şeylərdir" deyə cavab vemişdi.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az