Şəbnəmə nə olub?

20:04 - 15 Fevral 2024

Şəbnəmə nə olub?

Müğənni Şəbnəm Tovuzlunun "Tarixin bir günü" proqramındakı davranışı müzakirələrə səbəb olub.

 

Manset.az Axşam.az-a istinadən  xəbər verir ki, efir zamanı danışmayan sənətçinin depressiyada olduğu deyilib. Aparıcı Tarix Əliyevin (tolik) bununla bağlı sözlərini Şəbnəm inkar etməyərək, "Düzələcək" cavabını verib.

Şəbnəm əlavə edib ki, adını açıqlamadığı sənət dostlarından xəyanətlə qarşılaşıb:

"Hiss edirəm ki, özümdə durğunluq var. Bu da işimə təsir edir. Yaxın bildiyim insanların mənə qarşı hansı zərbə vurduğunu öyrəndim. Mənə öz yaxınlarımdan böyük pislik edənləri gördüm. Çox saf olmaq lazım deyil. Özümü müdafiə edən kimi göstərirəm, amma etmirəm. Çox saflıq edirəm, kaş onların qəlbi mənimki kimi olardı. Allah məni darda qoymayıb, yaxşını bəxş edib. Amma ətrafımdakılardan gördüyümü gördüm".

Tolikin "Sevgililər günü"ndə həyat yoldaşın sənə nə aldı" sualına sənətçi "Heç nə. Bilirsən ki, gözütox adamam" cavabını verib.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin