Tbilisidə etirazlar davam edir

22:16 - 15 May 2024

Tbilisidə etirazlar davam edir

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir.

 

Manset.az xəbər verir ki, mitinqin görüntülərini Gürcüstanın “Mtavari Arxi” telekanalı canlı yayımlayıb.

Əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər.

Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar.

Nümayişin dinc şəraitdə keçirildiyi bildirilir.

Qeyd edək ki, Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin