Bakıda “Ağ çiçəyim” gül mağazası yandı - YENİLƏNDİ (VİDEO)

02:39 - 16 May 2024

Bakıda “Ağ çiçəyim” gül mağazası yandı - YENİLƏNDİ (VİDEO)

Fövqəladə Hallar Nazirliyi “Ağ çiçəyim” gül mağazasında baş verən yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb.

Nazirlikdən Manset.az-a verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 1450 kvadratmetr olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.

Ərazidə bitişik yerləşən evlər, çoxmərtəbəli yaşayış binası və digər obyektlər yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib.

01.40

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğın söndürülüb.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

“Həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib”, - deyə məlumatda qeyd olunub.

01.03

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

00:42

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin